
Qazaxıstan Respublikasında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insanların həlak olması ilə əlaqədar Ümummilli Matəm Günü elan edilib.
Anmedia.az xəbər verir ki, bununla bağlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Baş Qərərgahında təşkilata üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib. Fond qurucu üzv dövlətlərindən olan Qazaxıstanda həyatını itirən insanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir.
İnanırıq ki, Türk Dünyasının ayrılmaz parçası olan Qazaxıstan qısa zaman ərzində inamlı addımlarla ilərləyərək, Türk xalqlarının birliyinin daha da möhkəmlənməsi naminə həmişəki fəaliyyətini davam etdirəcəkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








