“Birinci Azərbaycan Milli Şəhərsalma Forumu bu sahənin mütəxəssislərinin təcrübə mübadiləsi aparmasına şərait yaradır”.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir.
Polşa Şəhərsalma Mütəxəssisləri Cəmiyyətinin rəhbəri Tomas Mayda bildirir ki “Forumda çoxlu sayda ölkədən ekspertlər iştirak edirlər və bu, yeni layihələrin həyata keçirilməsi üçün əla fürsət ola bilər”, - o əlavə edib.
Onun sözlərinə görə, forumun Ağdamda keçirilən ilk günündə iştirakçılar bütün dağıntıları gözləri ilə görüblər:
“Dağıntıların miqyası böyükdür və bu, böyük itkidir. Bu əraziləri bərpa etmək üçün prioritetləri müəyyənləşdirmək lazımdır”.
Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və ADA Universitetidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin