𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, qərarda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının iki mərhələdən bir mərhələyə salınması, mövcud qaydaya əsasən imtahanda iştirak üçün tələb olunan ali və ya orta ixtisas təhsili üzrə 11 ixtisasın peşə təhsili, orta ixtisas təhsili pilləsi, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə 71 ixtisasadək genişləndirilməsi nəzərdə tutulur.
Qərarın qəbulu imtahanın keçirilməsi prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi, aqrar sığorta fəaliyyəti üzrə sertifikat alan müstəqil ekspertlərin sayının artırılaraq göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir edəcək.
Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə mövcud qaydaların şərtlərinin ağırlığı səbəbindən imtahanlardan keçə bilməyən, lakin müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan şəxslərin bu fəaliyyətə cəlb olunması ilə müstəqil ekspertlərin ümumi sayının artması nəticəsində aqrar sığorta üzrə sığortalanmaq istəyən fermerlərə qanunvericiliklə müəyyən olunmuş müddətlər çərçivəsində və operativ qaydada xidmətin göstərilməsinə, aqrar sığorta üzrə müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasına və aqrar sığorta mexanizminin fasiləsiz fəaliyyətinin təmin olunmasına imkan yaranacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin