İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın paytaxtı Moskvada keçirilən II Xəzər İqtisadi Forumunda iştirak edib.
Bu barədə nazir “Facebook” hesabında məlumat verib.
“Azərbaycan Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Forumda iqlim siyasəti üzrə qlobal çağırışlardan irəli gələn fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq. Həmkarlarla birlikdə Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin, yeni konsepsiyaların tətbiqinin əhəmiyyətini vurğuladıq”, - deyə o qeyd edib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin