26 sentyabr - 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.
Azərbaycan Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin