
Azərbaycan-Türkiyə Universitetinin nə vaxt açılacağı bəlli olub.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı apa-ya verdiyi məlumata istinadən xəbər verir .
O bildirir ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.
"2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur", - deyə səfir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin