İqtisadiyyat Nazirliyinə məxsus “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-nin direktoru Anar Nərimanov vəzifəsini tərk edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, onun yerinə Aqşin Məcidov təyin olunub.
Xatırladaq ki, “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” 2009-cu ildə ovaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılıb, Prezident İlham Əliyevin ötən il iyunun 26-da imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 200 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin