Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.
Anmedi.az xəbər verir ki, bu barədə onun oğlu Eldar Vəzirov məlumat verib. Ə.Vəzirov 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin