
“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.
“Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.
M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.
Baş katibin köməkçisi xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub:
“Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.
“Sərhəddəki hazırkı gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək vacibdir. Bu istiqamətdə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, - deyə o vurğulayıb.
M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








