“Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırlır.
"Belə ki, ilk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığını nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib. Əlavə etmək istəyirəm ki, mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin