Düşmən təxribatının qarşısını alarkən şəhid olan Xəyal Əlövsət oğlu Əhədzadə boksçu olub.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi.
Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.
Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.
O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin