Qazaxıstanın şimalında baş verən meşə yanğını yaxınlıqdakı kəndlərə də keçib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xarici mediaya istinadən xəbər verir ki, 1841 nəfər evakuasiya edilib. Yanğın 100-dən çox evi yararsız hala salıb. Yanğınlar nəticəsində 1 nəfər ölüb, 10 nəfər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı yaralanıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yuri İlyinin sözlərinə görə, təbii yanğınların ümumi sahəsi Qazaxıstanın şimalındakı Kostanay vilayətində 43 min hektara çatıb.
İlyin qeyd edib ki, yanğının yayılması ehtimalı yüksək olan daha səkkiz aktiv ocaq var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin