𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “medicina.az”a istinadən bildirir ki, bunu həkim Olqa Seredkina bildirib.
Kompüter, telefon qarşısında 4-5 saat qalmaq, günorta günəşi altında 1 saat qalmağa bərabərdir.
"Mavi işıq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur.
Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib", - deyə kosmetoloq bildirib.
"Telefon seçərkən SAR (Specific Absorption Rate) göstəricisini nəzərə almaq tövsiyə olunur - o, nə qədər aşağı olsa, sağlamlıq üçün bir o qədər yaxşıdır. Smartfonunuzun ekranında mavi işıq filtri quraşdırın".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin