
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin