Elm və Təhsil Nazirliyi əlavə vakansiya seçimində vakant yer tutan namizədlərə müraciət edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, nazirlikdən apa-ya bildirilib ki, 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçimində uğur qazanan namizədlər 7 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.
Qeyd edilib ki, çıxarışını təsdiqləyən namizədlərin müsahibə mərhələsi tədris ili ərzində baş tutacaq və bu barədə məlumat əvvəlcədən şəxsi səhifələrinə göndəriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin