Azərbaycanın milli parklarını son 3 ay ərzində 185 522 turist ziyarət edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇"Qafqazinfo"ya istinadən bildirir ki, ən çox turist qəbul edən Göygöl, Şahdağ və Abşeron Milli Parklarıdır.
“Turistlərin sayında müşahidə olunan artım iyun, iyul, avqust aylarının istirahət mövsümü olması ilə yanaşı, həm də insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri və milli parklarda ziyarətçilərin rahatlığını təmin edən yeni və müasir infrastrukturların yaradılmasıdır”.
Xidmət rəsmisi qeyd edib ki, turistlər milli parklarımızı ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ölkəmizdə ekoturizmin inkişafını və ziyarətçilərin sayının artmasını təmin edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin