𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Oxu.Az-a istinadən xəbər verir ki,belə ciddi temperatur fərqi nadir hallarda baş verir:
“Səbəbi əsasən sinoptik vəziyyət və Xəzərin hidrometeorologiyası ilə bağlıdır. Uzun müddətdir ki, Xəzərin şimalında davamlı olaraq şərq küləyi əsir. Mahaçqalada və daha şimalda havanın temperaturu da bizim ərazi ilə müqayisədə 10 dərəcəyədək aşağıdır. Mahaçqalada dəniz suyunun temperaturu cəmi 17-18 dərəcədir”.
“Sualtı axınlarla ərazimizə daxil olan və səth suları ilə qarışan daha soyuq su kütləsi Abşeronun əsasən şimal hissəsinin sahilyanı ərazilərində suyu soyudur. Havanın temperaturunun kifayət qədər yüksək (36-38 dərəcə) olmasına baxmayaraq, şimaldan gələn soyuq su axını suyun temperaturunun yüksəlməsinə imkan vermir”, - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin