
Bu gün saat 00:00-dan sabah 22:00-dək Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə ANmedia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2, 37, 52, 65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr., Ə.Haqverdiyev küç., Ş.Mehdiyev küç., A.Bakıxanov küç.) təşkil ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin