Azərbaycan 1-5 sentyabr tarixlərində Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin, AZPROMO-nun dəstəyi ilə Fransanın paytaxtı Parisdə keçirilən 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunacaq.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, festivalda fransalı və xarici qonaqlar Azərbaycan mətbəxi ilə tanış olacaqlar.
Milli kulinarlar “Şuşa ili” çərçivəsində Qarabağ bölgəsinin mətbəxinə də xüsusi yer ayıracaqlar.
Tədbir iştirakçıları milli mətbəximizin ləziz nümunələri ilə yaxından tanış ola biləcəklər. Festival çərçivəsində dolmanın hazırlanmasına həsr edilmiş dəyirmi masa keçiriləcək.
Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxi ilə yanaşı Azərbaycan milli rəqsləri də nümayiş olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin