Elmi tədqiqatlar göstərir ki, smartfonlar kimi rəqəmsal cihazlardan istifadə insanların tənbəl və ya unutqan olmasına səbəb olmur, əksinə yaddaş bacarıqlarını yaxşılaşdırmağa kömək edə bilər.
Bu rəqəmsal cihazlar insanlara vacib məlumatları daha tez yadda saxlamağa kömək edir, və ən vacibi yaddaşa lazım olmayan əlavə məlumatları onlarım yaddaşından silir.
Neyroloqlar əvvəllər texnologiyadan həddən artıq istifadənin koqnitiv geriləmələrə və “rəqəmsal çaşqınlıqlara” səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirdilər.
Lakin araşdırmalar göstərir ki, rəqəmsal cihazın xarici yaddaş kimi istifadəsi insanlara cihazda saxlanan məlumatları tez mənimsəməyə kömək edir, həm də saxlanmamış məlumatları belə vizual olaraq yadda saxlamağa yönəldir. Bu elmi araşdırmanı tətqiq etdirmək üçün tədqiqatçılar sensor ekranlı rəqəmsal displeydə səsləndiriləcək yaddaş tapşırığı hazırladılar.
Hazırlanmış test sorğusunda 18 yaşdan 71 yaşa qədər olan 158 könüllü tərəfindən aparıldı. İştirakçılara ekranda 12-dən çox olmayan dairə göstərildi və onlar bəzilərini sola, bəzilərini isə sağa sürükləməyi və yadda saxlamalı idilər. Sol dairələri yadda saxlamaq ödənişsiz, sağ dairələri yadda saxlamaq isə ödənişli idi. Sınaq müddətinin sonunda dairələrin sayı qədər könüllülərə ödəniş təyin olunurdu.
İştirakçılar bu tapşırığı 16 dəfə yerinə yetiriblər. Sınaqların yarısında yadda saxlamaq üçün öz yaddaşından istifadə edənlərdə oldu, digər yarısında isə rəqəmsal cihazda xatırlatmalar qurmağa icazə veriləndə.
Nəticələr göstərdi ki, iştirakçılar ödənişli sağ dairələri daha yaxşı yadda saxlamaq üçün rəqəmsal cihazlardan istifadə etməyə meyllidirlər. Bununla da tədqiqat göstərdiki bu metodla normal yaddaşa sahib olanların yaddaş texnikası 18%, unutqan və yaddaşında problem olan insanlarda isə 27% yaxşılaşdırılıb.
Tədqiqatçı Dr. Sam Gilbert “Biz rəqəmsal cihazda məlumatın saxlanmasının yaddaş qabiliyyətlərinə necə təsir edə biləcəyini araşdırmaq istədik.
“Biz gördük ki, insanlara xarici yaddaşdan istifadə etməyə icazə verildikdə, cihaz bu məlumatı daha tez yadda saxlamağa kömək etdi.
Bu heç də təəccüblü deyildi, lakin biz gördük ki, cihaz həm də yazılmamış məlumatlar üçün insanların yaddaşını yaxşılaşdırıb. “Bu ona görə idi ki, cihazdan istifadəyə bir başa təsir etdi və insanların yaddaşlarından yüksək əhəmiyyət və az əhəmiyyət kəsb edən məlumatları saxlamaq üçün istifadə yollarını və seçicilik üsulunu dəyişdirdi.
Bu elmi tədqiqat ESRC qrant və Danimarka Müstəqil Tədqiqat Fondu tərəfindən dəstəklənib.
Günel Şəmilzadə
Mənbə: 360science.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin