Diasporla İş üzrə Dövlət Komitəsindən 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a verilən məlumata görə,Festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Şri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub.
Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıblar və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin