𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər.
Bundan başqa, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn aydan kütləvi məhsul yığımına start veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin