Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməri məlumat yayıb.
Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparıldı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








