Bakıda marşrut xətləri ilə bağlı zəruri məlumatları “Google Maps” platformasından əldə etmək artıq yenidən mümkündür.ANmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentiyi məlumat yayıb.
Qeyd olunub ki, xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.
Xatırladaq ki, mayın əvvəlində Bakıda müntəzəm marşrut xətlərinə dair məlumatlar “Google Maps” servisindən silinmişdi. Bu da sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə, narazılıqlara səbəb olmuşdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








