
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 6-8-də əsasən, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi avqustun 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin