Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb.ANmedia.az-ın hökumətdən əldə etdiyi məlumata görə, sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək.
Belə ki, AMB-nin hazırladığı yeni qaydalara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərərçəkmişə dəymiş zərəri onun öz sığorta şirkəti ödəməlidir. Bundan sonra isə ödəyici həmin vəsaiti zərəryetirənin sığorta şirkətindən onlayn rejimdə həmin klirinq sistemi ilə alacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








