Kütahyanın Emet rayonundakı meşə yanğını küləyin də təsiri ilə geniş əraziyə yayılıb. Manisanın Akhisar rayonunda otluq ərazidə başlayan yanğın isə tezliklə əkin sahələrinə və meşə ərazisinə keçib. Yaxınlıqdakı 20 ev boşaldılıb, 40 nəfər sakin təxliyə edilib.
Yanğınla mübarizəyə çox sayda texnika və yanğınsöndürmə briqaları cəlb olunub.
Qeyd edək ki, buna qədər Türkiyənin Muğla bölgəsində də yanğın baş verdiyi açıqlanmışdı.
Mənbə: Haber Global
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin