
Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlanıb.
Bu barədə Anmedia.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.
Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin