Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynada həbsdə saxlanılan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı Ukraynanın Baş Prokuroru İrina Venediktova müraciət ünvanlayıb.
Anmedia.az xəbər verir ki, müraciətdə Misir Qasımlının zaminliyə və ya ev dustaqlığına buraxılması xahiş edilib.
Qeyd edək ki, dünən Ukraynada həbsdə saxlanılan Vətən müharibəsi iştirakçısı Misir Qasımlının məhkəməsi keçirilib. Ancaq prosesdə onun iştirakı təmin olunmayıb.
Xatırladaq ki, Vətən müharibəsindən sonra işləmək üçün Ukraynaya gedən Misir Qasımlı orada ermənilər tərəfindən şərlənərək həbs olunub. Onu ittiham edən şəxsin məhkəmədə iştirak etmədiyinə görə həmvətənimizin həbs müddəti qanunsuz şəkildə uzadılır. Heç bir sübut və əsas olmadan həbs edilən soydaşımız dələduzluq, adam oğurluğu və qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunur. Misir Qasımlı 8 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin