Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.
TƏBİB-dən Anmedia.az-a verilən məlumata görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət - 130-a yaxın briqada fəaliyyət göstərib.
Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) iyulun 10-da qeydə alınıb.
Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin