Böyük Britaniyada anomal istilərlə bağlı xəbərdarlıq edilib.
ANmedia.az xəbər verir ki, Böyük Britaniyanın bəzi yerlərində temperaturun 35C- 36C-yə qədər yüksəlməsi səbəbindən isti hava dalğasının pik həddinə çatacağı gözlənilir.
Səhiyyə Təhlükəsizliyi Agentliyi ölkənin cənubunda və şərqində, Midlands və Londonda 3-cü səviyyə istilik dalğası barədə xəbərdarlıq edib. Bu, səhiyyə və sosial xidmət işçilərindən yaşlılara və yüksək risk qruplarına xüsusi diqqət yetirməyi tələb edir.
Sinoptiklər Böyük Britaniyanın gələn həftə ən isti gününü yaşaya biləcəyini proqnozlaşdırırlar.
Əvvəlki rekord 2019-cu ilin iyul ayında 38.7C qeydə alınmışdı.
Həddindən artıq isti hava temperaturunun Fransa, Almaniya, İspaniya, Portuqaliya və İtaliyada da oxşar səviyyədə olacağı gözlənilir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin