“Azərbaycanda koronavirus infeksiyasına yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur”.
Anmedia.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova bildirib.
Onun sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da son günlərdə koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur:
“Lakin nəzərə almalıyıq ki, ölkədə COVID-19 əleyhinə vaksinasiyaya prosesi bu gün də davam edir. Eyni zamanda xəstəliyə yoluxanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, əhalinin kütləvi immuniteti yaranıb. Ona görə yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin