
Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.
Anmedia.az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər: "İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaallah".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin