Ölkə ərazisindən siklonun keçməsi nəticəsində yağan intensiv leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən Anmedia.az-a verilən məlumata görə, bu gün Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 sm, Kiçik
Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində 20 sm, Kürəkçay-Toğanada 13 sm, Gəncəçay-Zurnabadda 9 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 34 sm, Qusarçay-Kuzunda 15 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçay-Vaqoda isə 10 sm artım müşahidə olunub.
Yağan intensiv leysan yağışlar nəticəsində İsmayılı rayonu ərazisindən keçən Girdimançay-Qaranohur, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay-Qəbələ, Tovuz rayonu ərazisindən keçən Əsrikçay-Əsrikcırdaxan, Göygöl rayonu ərazisindən keçən Gəncəçay-Zurnabad, Quba rayonu ərazisindən keçən Qudiyalçay-Qırız, Vəlvələçay-Təngəaltı, Göyçay rayonu ərazisindən keçən Göyçay-Göyçay və Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay-Poladlı məntəqəsindən sel keçib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin