
Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.
Bu barədə Anmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.
Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin