Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Bu barədə Anmedia.az-a nazirlikdən məlumat verilib.
Qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana, tibb məntəqəsi, qərargah binası və digər obyektlərə baş çəkiblər.
Daha sonra şəxsi heyətlə görüşən Ombudsman Aparatının nümayəndələri insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyaraq şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin