Artıq bir neçə ildir ölkəmizdə məhkəmə qərarı ilə şərti azadedilən məhkumalara elektron qolbaqlar taxılaraq nəzarət edilir. Bəs bu elektron qolbaqlara necə nəzarət edilir?
Anmedia.az xəbər verir ki, Xəzər Xəbər bununla bağlı material hazırlayıb. Belə ki, törətdiyi cinayətə görə məhkəmənin qərarı ilə elektron qolbaq tətbiq edilən şəxslər əvvəlcə Ədliyyə Nazirliyinin Provasiya Elektron Mərkəzinə dəvət edilirlər. Burada şərti azad edilən məhkuma təyin edilən müddət ərzində hansı ərazilərdə ola biləcəyi, həmçinin digər hüquq və vəzifələri izah edilir.
Provasiya Elekrtron Monitorinq İdarəsinin rəyisi Nəvai Əlizadə bildirib ki, 2018-ci ilin may ayından etibarən cəzaların icrası zamanı elektorn nəzarət tətbiq olunur. İdarə rəisinin sözlərinə görə, bu günə qədər 10 mindən çox məhkuma elktron nəzarət təqtbiq edilib.
Daha ətraflı videoda:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin