Şəhidlər kimlərdir? - Millətimiz tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlar elə məhz şəhidlərdir. Tarix boyu inanan millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Ölüm əslində yoxluq və heçlik deyil birdəfəlik yox olmaq deyil. Əbədiyyətə səfərdir. Daha sonra çoxları çox az müddətlik də olsa, dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar. Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:
Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Bu gün haqqında bəhs edəcəyim qəhrəman qardaşımız da məhz bu igidliyi özündə təcəssüm etdirən Manafov Cavid Faiq oğludur. Manafov Cavid Faiq oğlu 1999-cu il 4 fevralda Bakı şəhərində anadan olub. 2005-ci ildə Heydər Əliyev adına liseydə birinci sinfə daxil olub, 2016-cı ildə liseyi bitirib. Həmin il Bakı Dğvlət UniversitetininSosial Elmlər və Psixologya fakültəsinin, Psixoloq ixtisasına qəbul olub.
2020-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, Ağcabədidə "N" saylı hərbi hissədə xidmət edib.
Çox savadlı və zəhmətkeş şəhidimiz yay tətillərində ailəsinə kömək üçün qardaşı Cahadla birgə işləyərmiş. Şəhidin anası İbrahimova Natəvan anasının himayəsində çətinliklə olsa da, övladlarını böyüdüb, boya-başa çatdırıb. Onların ali təhsil almalarına dəstək olub.
Şəhid anası deyir ki, Cavid həmişə evə gələndə mənə bağçadan güllər yığardı, konfet kağızına bükərdi ki, səliqəli olsun:
"Məni çox sevirdi, heç zaman məni incitməyib. Həmişə mənə dəyər verib. Mən balalarımdan razı olmuşam. Allah da onlardan razı olsun!
Hərbi komissarlıq evimizin yanındadır. Cavid hərbi xidmətə getməmişdən öncə hər gün qardaşını göndərirdi ki, deyirdi get gör orda avtobus var? Çox istəyirdi əsgər getsin. Qardaşı Cahada deyirdi ki, hərbiyə elə gedək ki, anamız tək qalmasın.Onu yola salanda avtobusun pəncərəsindən mənə baxdı, gözləri yaşardı. Pərdəni çəkdi həmin an. Qaçdım, pəncərəni nə qədər döydümsə, baxmadı. Sonralar niyə ağladığını soruşdum, deyirdi ki, qardaşım Cahadı qucaqalayıb öpə bilmədim. Heç qardaşımdan doymadım..."
Cavidin komandiri Ədilzadə Cavidan onunla bağlı xatirələrini ailəsinə danışıb: Biz düşmənin istehkamlarını məhv edən zaman kordinatorları kalkulyatorla hesablayrdım. Cavid öncədən deyirdi ki, komandir filan rəqəm, hesablayıb görürdüm ki, çox düz deyib. Çox igid, mərd, cüssəli oğlan idi, arada deyiridi ki, komandir gəl bir akobda gücümüzü sınayaq. Əsil qəhman idi".
Qardaşı Cahad deyir ki, Cavid bizi Şuşaya aparmağı çox azulayırdı:
"Deyirdi ki, İnşallah sağ-salamat qayıdım, yaxşı bir dövlət işinə girərəm. Maşın alıb, sizi aparacağam Şuşaya. Axırıncı dəfə oktyabrın 30-da telefonla danışdıq, bir neçə gün cavab gəlmədi. Qardaşımdan çox narahat idim. Gecə yuxuda yatmışdım, gördüm ki, qaranlıq bir yerdəyəm, güllə yarası almışa, qadınlar ağlaşır. İki gün keçdi, mən dayım oğlu ilə oturmuşdum. Çox narahat idim, elə ancaq Caviddən danışırdım. Bir zəng gəldi mənə, çəkildim sinif yoldaşımgilin həyətində qaranlıq bir yerə. Telefonda ağlaşma səsləri gəldi. Eynilə yuxuda gördüyüm səhnə idi. Ağlaşma səslərindən bildim ki, qardaşım şəhid olub.
İstədiyi qız da BDU-da oxuyurdu, hərbi xidmət dövründə həmin xanıma şeir yazmışdı. Hərbidə olduğu vaxt insana aid belə şeir yazmışdı
Yetişir qəzəli (09.08.2020)
Yetişir qəzəli (09.08.2020)
İllərdir dünyada neçə-neçə insan yetişir
Kimisi kal yetişir, kimsi kamil yetişir.
Kimsi xoşallanıb sübhdən gecəyə veyl edir
Kimsinin zəhmətinə bir para çörək yetişir
Baxırsan öz namusun qorumağa cürəti yox
Özgəsinin namusuna dilli-dilavər yetişir"
Anası deyir sonuncu dəfə 30 oktyabrda danışdıq. Dedim nə xəbər, nə yenilik var? Dedi, uşaqlar artıq ordadır, qəlbəmiə sayılı günlər qalıb. Dağ kimi Ordumuz var, Cənab Prezidentimizin dediyi kimi, dəmir kimidir yumruğumuz. Biz qalibik, ana, narahat olma.
Şəhidin anası İbrahimova Natavan Şükür qızı deyir ki, Cavid keşlə şəhidlər xiyabanıdnda dəfn olunub.
Manafov Cavid Faiq oğlu müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb. 7 noyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbraylın azad olunmasına görə”, “Şəxsi şücayətə görə" medalları ilə təltif edilib. Medalı şəxsən Müdafiə naziri Zakir Həsənov təqdim edilib.
Qeyd edək ki, bir iş adamının dəstəyilə yaşadığı mənzilin qarşısında şəhidin xatirə abidə hazırlanıb.
Natavan ana deyir ki 44 günlük bu gün qürurla qeyd edirəm ki, mənim övladımın da Vətən müharibəsində böyük rolu olub. O nəinki bu millətin,həm də mənim qəhrəmanımdır. O mənim dostumdur. O məni mən edənim idi.. Bütün günü həyatda, hətda yuxularımda belə Cavidi axtarıram... (Red. ağlayır)
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin