Bu dəfə şanlı Vətən müharibəsinin daha bir şəhidi Əhədzadə Elsəvər Ağacan oğlunun evini ziyarət edib, onunla bağlı xatirələri ailəsi ilə birlikdə yad etdik.
Elsevər Ağacan oğlu Əhədzadə 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olub. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılmışdır. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurub.
Şəhidin anası Əhədova Dilbər ana deyir ki, yazıq balam yataqxanada qalmağımızdan, kasıbçılığımızdan heç rahat ola bilmirdi. Səhərdən axşama kimi işləyirdi:
“Balam yataqxanada çox çətin şəaritdə böyüdü. Orta məktəbə, ali məktəbə, hətta əsgər gedənəcən yataqxanada yaşadı balam. Orta məktəbdə oxuyanda 3 ay yay tətili vaxtı gedib restoranlarda işləyirdi. Çox ailəcanlı idi. Ailəmizi həmişə həyat yoldaşım dolandırırdı. Ancaq yoldaşım xəstlənəndən sonra Elsevər hər şeyi öz üstünə götürmüşdü. O qədər dürüst uşaq idi, yalan danışmazdı. Kaş o sağ olaydı əvvəllki kimi yatqxanda yaşayaydıq.(red.ağalayır)
Çox düzgün uşaq idi mən heç zaman ondan bir şikayət eşitməmişəm. Qonşular, müəllimlər onun tərbiyəsindən danışırdı. Böyük-kiçik yerini bilən idi. Çox yardımsever uşaq idi. Pandemiya vaxtı ehtiyacı olan analara, uşaqlı ailələrə gedib kömək edirdi. Heç vaxt gördüyü işdə özünü öndə göstərmirdi. Heç vaxt şöhrətpərəst olmayıb. Dostları da özü kimi sadə uşaqlar idi. Atası 2019-cu ildə insult keçirtdi, ona görə çox narahat idi. Yoldaşım gündüz zavodda işləyirdi, axşam da əlavə növbətçilik edirdi ki, ailəmizi dolandırsın. 2020-ci ildə açıq ürək əməliyyatı olundu. Elsevər şəhid olandan sonra ikinci qrup əlillik verildi. Həmişə onun yanında olardı, atasın dinləyərdi, problemlərimizi, ailənin yükünü balam öz üzərinə götürmüşdü.
Getdiyi vaxtdan ancaq qardaşı ilə danışırdı. Fərid bütün məsləhəti Elsevərdən alırdı. Elsevər ağsaqqal uşaq idi, Fərid çox çılğın idi. İki balam da eyni vaxtda əsər getmişdi. Fərid gedəndən sonra çox darıxırdım. Döyüş yoldaşları, zabitlər deyirdilər ki, Elsevər deyirmiş nə olur mənə olsun, Fəridə heç nə olmasın. Onların təlimləri Perekeşküldə idi. Bizə demirdi ön cəbhədəyik, deyirdi elə Perekeşküldəyik, hər şey yaxşıdır”.
Atası Əhədov Ağacan İbrahim oğlu deyir ki, Elsevər nəsə bir çətinliyi olduğunu demirdi:
“Həmişə deyirdi ki, biz qalibik, siz qəlbinizi fərah tutun! Tez-tez zəng edib deyirdi ki, Fərid necədir? Mən ondan narahatam. Ancaq qardaşının qalırdı.
Ailəmizin tək yadigarı oğlum Fərid Əhədov da müharibədə yaralanıb, Qarabağ qazisidir. Ancaq ona hələki əlillik verməyiblər. Çünki yarası yüngül idi. 44 günlük döyüşdə ayağından qəlpə yarası almışdı. Elsevər gedəndə hələ bilmirdik ki, müharibə olacaq. Artıq Fərid gedəndə müharibə başlamışdı, gecə-gündüz gözlərimə yuxu getmirdi. Balalarımdan elə narahat idim. Əlim ürəyimin başında idi”.
Anası Dilbər xanım deyir ki, oktyabrın 15 də Fərid yaralanmışdı, bizə heç bir şey demədi:
“Elsevər şəhid olanda Fərid Hadrudda yaralanmışdı, Xocavəndə xəstaxanada yatırdı. Qardaşının şəhid olmağını ona demirdik. 40 dan bir az qabaq Fərid təxris oldu. Gəlib gördü binanın qabağından bayraq asılıb. Balam dayana bilmirdi. Siz təsəvür edirsiniz ki, bir balam yaralanıb, bir balam da şəhid olub. Mən nələr çəkmişəm. Kaş balam sağ olardı sanki bizim problemlərimizi həll etmək üçün getdi balam. (red.ağlayır)
Biz Elsevərlə qürur duyuruq! 25 il həyat yolu onu göstərirdi ki, balam təhsilində, ailəsində, hərbidə düzgünlüyü ilə böyüyən uşaq idi. Mənim balam Vətən yolunda torpaq yolunda şəhid olub. Oğlumun adına çox işlər görülür. Dövlətimizdən çox razıyam, onlar balamın adını yaşadırlar. Vətən sağ olsun, dünya durduqca müstəqil Azərbaycan var olsun!”
21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən müharibəsi”nin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarda iştirak edib. 21.10.2020-ci il tarixində Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Əhədzadə Elsevər Ağacan oğlu şəhid olduqdan sonra dövlət şəhid ailəsini mənzillə təmin edib.
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin