Bu barədə anmedia.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Bildirilib ki, turizm könüllüləri 5 yanvaradək qonaqların COVID-19 pasportlarının yoxlanılması prosesinə dəstək göstərəcək, eləcə də sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edəcəklər.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı, həmçinin qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilir.
Xatırladaq ki, “Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların istirahətini asanlaşdırmaq məqsədilə COVID-19 pasportlarının yoxlanılması işi yaradılan vahid yoxlama məntəqəsində həyata keçirilir. Qonaqların yoxlamadan yalnız bir dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz şəkildə girişi təmin olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin