
"Google" şirkəti "Gemini" çatbotuna birbaşa dialoq pəncərəsində interaktiv vizuallaşdırmalar formalaşdırmaq funksiyasını tətbiq edib. İndi istifadəçilər təkcə mətn formatında cavablarla kifayətlənməyəcək, həmçinin real vaxt rejimində idarə edə biləcəkləri vizual qrafiklər və 3D modellər əldə edəcəklər.
ANmedia.az xəbər verir ki, bu barədə "The Decoder" nəşri məlumat yayıb.
Yenilik sayəsində birbaşa çat daxilində məlumatları tənzimləmək, 3D obyektləri çevirmək və məlumatları ətraflı təhlil etmək mümkündür. Şirkətdən bildirilib ki, bu alət mürəkkəb məsələləri və sualları daha dərindən anlamaq məqsədi daşıyır.
Bu yeni funksiyadan istifadə etmək üçün "Pro" modelini aktivləşdirmək lazımdır. Bundan sonra "mənə göstər" və ya "vizuallaşdırmağa kömək et" tipli əmrlər daxil edərək istənilən mövzuda görüntülər yaratmaq və onları tələblərə uyğun formaya salmaq olar.
Qeyd edək ki, "Anthropic" şirkəti də daha əvvəl özünün "Claude" çatbotu üçün bənzər funksiyanı istifadəyə vermişdi. Martın ortalarından etibarən həmin xidmət həm istifadəçi sorğusu əsasında, həm də süni intellekt modelinin öz təşəbbüsü ilə çatda interaktiv qrafiklər və diaqramlar qura bilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








