Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycana qarşı həyata keçirilən kiberhücumları nəzarətdə saxlayaraq, 24/7 rejimində monitorinq aparır və kiberhücum istiqamətlərini diqqətlə analiz edir.
Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, aparılan monitorinq zamanı məlum olub ki, Ermənistanın kiberlamerləri Azərbaycana qarşı əsasən dörd istiqamətdə kiberhücumlar həyata keçirir. Belə ki, kiberlamerlər ən çox dövlət qurumlarının internet informasiya resurslarını, bank sektorunu, media saytlarını və fərdi istifadəçiləri (elektron poçt ünvanları, zənglər və s.) hədəfə alır.
KİMM düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı vətəndaşları diqqətli və ayıq olmağa çağırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin