
Dövlət orqanlarının istifadəsi üçün yaradılmış AzStateNet şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilmiş indikatorların 2021-ci il üzrə statistikası açıqlanıb.
Anmedia.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, 4-cü rüb üzrə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 67 900 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 1 122 000 zərərverici, sandbox sistemi üzrə 12 640 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 176 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 2021-ci il üzrə ümumilikdə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 193 180 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3 142 100 zərərverici, sandbox sistemi üzrə 35 788 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 744 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








