Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə, təşkilatın nəzdində fəaliyyət göstərən AU MUN Club tərəfindən 15–16 mart 2026-cı il tarixlərində II AU MUN Simulyasiya Konfransı keçirilib.ANmedia.az xəbər verir ki, Konfrans WUF13 (World Urban Forum 13) çərçivəsində müzakirə olunan prioritet istiqamətlərə uyğun olaraq təşkil olunub və gənclərin diplomatik düşünmə bacarıqlarını inkişaf etdirməyi, həmçinin qlobal urbanizasiya və dayanıqlı şəhərlər mövzuları üzrə həll yollarını müzakirə etmələrini təşviq edib.
Konfransın açılış mərasimində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Rüstəmli, Siyasi və ictimai elmlər kafedrasının müəllimi Əli Babazadə və AU MUN Club-un baş katibi Gülzaman Əliyeva çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan Universitetində MUN simulyasiya layihələrinin dəstəklənməsi və bu cür konfransların tələbələrin beynəlxalq fəaliyyətlərdə aktivliyini artıraraq onların praktik təcrübə qazanmalarına töhfə verdiyi vurğulanıb.
Konfrans Azərbaycan komitəsi və İngilis komitəsi olmaqla iki komitədən ibarət olub. Azərbaycan komitəsində müzakirə mövzusu “Qlobal urbanizasiya çağırışları və regional tətbiq perspektivləri: dayanıqlı, inklüziv və iqlimə davamlı şəhərlərin qurulması”, İngilis komitəsində isə “Building inclusive, climate-resilient and smart cities: policy innovation and global urban governance in an era of rapid urbanization” olub.
Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən ölkə nümayəndəsi qismində 55 tələbə iştirak edib. Onlardan 17 nəfəri xarici ölkə vətəndaşı olub.
Tədbirin sonunda bağlanış mərasimi keçirilib və komitələrdə fərqlənən ölkə nümayəndələri mükafatlandırılıb.







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








