Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir günahsız Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi və faciə həqiqətlərinin bir daha diqqətə çatdırılması məqsədilə təşkil olunub.ANmedia.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski Xocalı soyqırımının tarixi və faciənin törədilmə prosesi haqqında tələbələrə ətraflı məlumat verib. TGT sədri Hüseyn Rüstəmli isə çıxışında Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının və beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində videoçarxlar nümayiş etdirilib, həmçinin Xocalı soyqırımını əks etdirən xüsusi hazırlanmış kiçik məktublar iştirakçılara təqdim olunub.
Günahsız Xocalı qurbanlarının xatirəsini hörmətlə anırıq.



Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








