Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusional məktəb” layihəsi həyata keçirilib. Layihə çərçivəsində gənclərin hüquqi savadlılığının artırılması məqsədilə müxtəlif mövzularda təlimlər təşkil olunub.ANmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusional məktəb” layihəsi uğurla həyata keçirilib. Layihə gənclər arasında hüquqi biliklərin artırılması, konstitusion dəyərlərin təbliği və hüquqi dövlət prinsiplərinin daha yaxşı mənimsənilməsi məqsədi daşıyıb.
Layihə çərçivəsində təşkil olunan təlimlərdə gənclərə ölkənin hüquqi sistemi, konstitusion quruluşu və vətəndaş hüquqları barədə geniş məlumat verilib. Xüsusilə Vətən müharibəsində əldə olunmuş qələbənin hüquqi əsasları, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyi, insan hüquqlarının qorunması və beynəlxalq humanitar hüququn əsas prinsipləri müzakirə olunub. Təlimlər zamanı iştirakçılar praktiki nümunələr, müzakirələr və interaktiv sessiyalar vasitəsilə mövzulara daha dərindən yiyələnmək imkanı əldə ediblər.
Proqram çərçivəsində həmçinin ölkənin ali hüquq institutlarından biri olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərarlarının hüquqi sistemdə rolu və Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti barədə məlumatlar təqdim olunub. Bu mövzular gənclərin hüquqi düşüncə tərzinin formalaşmasına və hüquqi proseslərə marağının artmasına töhfə verib.
Təlimlər Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilib. Layihə müddətində universitet tələbələri və müxtəlif gənclər təşkilatlarının üzvləri fəal şəkildə iştirak edərək hüquqi biliklərini artırmaq və müzakirələrdə iştirak etmək imkanı qazanıblar.
“Konstitusional məktəb” layihəsi gənclərin hüquqi savadlılığını artırmaqla yanaşı, onların vətəndaş məsuliyyəti hissinin gücləndirilməsinə, hüquqi dövlət anlayışının daha dərindən mənimsənilməsinə və aktiv vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verib. Layihə çərçivəsində keçirilən təlimlər gənclərə gündəlik həyatda hüquqi biliklərdən istifadə etməyin əhəmiyyətini də göstərib.
Layihənin sonunda proqramda iştirak edən gənclərə sertifikatlar təqdim olunub. Sertifikatların verilməsi iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi və onların gələcək fəaliyyətlərində motivasiyasının artırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Təşkilatçılar bildiriblər ki, bu kimi layihələr gənclərin hüquqi maarifləndirilməsi istiqamətində mühüm rol oynayır və gələcəkdə də bu sahədə oxşar təşəbbüslərin davam etdirilməsi planlaşdırılır.


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








