Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan tədbirin məqsədi tələbələr arasında həmrəyliyi, sosial birliyi və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirməkdən ibarət olub. Forum vasitəsilə tələbələrin fikir mübadiləsi aparması, universitet daxilində tələbə fəaliyyətinin daha da aktivləşdirilməsi və müxtəlif sahələr üzrə birgə fəaliyyət imkanlarının artırılması hədəflənib. Tədbirdə Azərbaycan Universitetinin tələbə cəmiyyəti və müxtəlif tələbə klubları da fəal iştirak edib.Tədbirin açılışında Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Rüstəmli çıxış edib. Açılış nitqlərindən sonra forum bədii hissə ilə davam edib.
Bədii hissədə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının istedadlı üzvləri milli rəqslə çıxış ediblər. Ardınca Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının fəal üzvləri ifaları ilə tədbirin rəngarəng hissəsi olan bədii hissəyə öz töhfələrini veriblər. Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının sədri Xəyal Məmmədovun ifası ilə bədii hissə yekunlaşıb.
Forumun əsas hissəsi olan panel görüşün mövzusu “Dövlət gənclər siyasəti və müasir gənclik” olub. Panel görüşündə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov iştirak edərək tələbələri maraqlandıran sualları cavablandırıb, mövzu üzrə müzakirələr aparılıb.
Forum fəal gənclərin mükafatlandırılması ilə yekunlaşıb. Ənənəvi olaraq xatirə fotosu çəkilib.










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








