 Osman Əfəndiyev Toronto Universitetinin nüfuzlu Lester B.Pearson beynəlxalq təqaüdünü qazanan ilk və yeganə azərbaycanlı tələbədir.
Osman Əfəndiyev Toronto Universitetinin nüfuzlu Lester B.Pearson beynəlxalq təqaüdünü qazanan ilk və yeganə azərbaycanlı tələbədir. ANmedia.az xəbər verir ki, bu təqaüdlə ona ümumilikdə 400 min dollara qədər maddi dəstək göstərilib. Universitetdə Kompüter Elmləri ixtisası ilə yanaşı, öz təşəbbüsü ilə Psixologiya ixtisasını da bitirib. Gənc yaşlarında böyük uğurlara imza atan Osman, 23 yaşında "Huawei"-də Kernel mühəndisi kimi, 24 yaşında isə Silikon Vadisinin nəhəngi NVIDIA-da proqram təminatı mühəndisi kimi fəaliyyətə başlayıb. Yalnız bir ildən sonra baş mühəndis (senior) vəzifəsinə yüksəlib. NVIDIA-da keçdiyi 8 mərhələli çətin müsahibə prosesindən uğurla cıxaraq, yüksək texnoloji sahədə özünü təsdiqləyib. Gələcəkdə SpaceX kimi qabaqcıl şirkətlərdə çalışmaq və Marsa insan sivilizasiyasının köçürülməsində pay sahibi olmaq arzusundadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








