
ANmedia.az xəbər verir ki, bu barədə Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universitetinin tələbə elmi cəmiyyətlərinin sədrləri iştirak ediblər.
Görüşün açılışında Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə çıxış edərək qonaqları salamlayıb, tədbirin ali təhsil müəssisələri arasında elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi və bu kimi məsələlər barədə fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunduğunu qeyd edib.
Ardınca Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva elmi-tədqiqat və elmi fəaliyyətin inkişafında universitetlərarası əməkdaşlığın rolunu qeyd edib, bu cür təşəbbüslərin və bu istiqamətdə atılacaq birgə addımların əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları öz ideya və təkliflərini səsləndiriblər. Tələbələr arasında elmi müsabiqələrin təşkili, ortaq tələbə konfranslarının və işçi görüşlərin keçirilməsi kimi məsələlər müzakirə olunub.
Sonda Azərbaycan Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Biznes Universitetinin tələbə elmi cəmiyyətləri arasında tələbələrin elmi araşdırmalarını stimullaşdırmaq, birgə tədbirlər təşkil etmək və elmi biliklərin yayılmasında əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.
Azərbaycan Universiteti
İctimaiyyətlə əlaqələr şöbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin