Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.
ANmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir məktəbin təmirli olması və orada tədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında duran məqsəddir:
"Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. Hər il təxminən 60-70 məktəbi yenidən tikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacı var. Nəzərə almaq lazımdır ki, hər il əvvəllər yeni inşa edilən məktəb binası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşası və təmiri ardıcıllıq və mərhələli şəkildə davam edir".
E.Əmrullayev bildirib ki, əvvəlki illərlə müqayisədə məktəblərin istilik problemi də azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin